HEYDƏR ƏLİYEV
M Ə R K Ə Z İ
Sabitliyin təminatçısı
MÜSTƏQİL DÖVLƏT QURUCULUĞUNUN ƏSAS İSTİQAMƏTLƏRİ
Müstəqilliyin ilk illərinldə Azərbaycan Respublikası öz tarixinin mürəkkəb dövrünü yaşamışdır. Azərbaycan xalqının suveren dövlətdə yaşamaq arzusu, azadlıq ideallarına bağlılığı onun müstəqilliyinin əleyhinə lan düşmən dairələrin maraqlarına toxunduğundan, onlar xalqı bu yoldan sapdırmaq, onun gələcəyə inamını sarsıtmaq üçün müxtəlif təxribatlardan və digər çirkin vasitələrdən istifadə edirdilər ki, bu da öz növbəsində respublikadakı ictimai-siyasi duruma ciddi surətdə mənfi təsir göstərirdi.
Anarxiya və dağıdıcılıq siyasəti ölkədə baş alıb gedir, ağır iqtisadi vəziyyət, sabitliyi pozmaq istəyən qüvvələrin azğınlığı, bir-birinin ardınca həyata keçirilən təxribatlar, dövlət çevrilişi cəhdləri, mütəşəkkil cinayətkarlığın təhlükəli xarakter alması ictimai-siyasi və sosial ziddiyyətlərin kəskinləşməsinə rəvac vermişdi.
Bu şəraitdən istifadə edən cinayətkar aləm xeyli qol-budaq atmış, nəticədə respublikada cinayətkarlıq mahiyyətcə daha təhlükəli olmuşdur. Bütün bunlar əhalini qorxuya salır, dövlət orqanlarının normal işini pozur, onların nüfuzuna xələl gətirirdi.
Azərbaycan Respublikasının Prezidenti 1994-cü il avqustun 9-da "cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında" fərman imzaladı. Bu fərman ölkədə konstitusiyalı dövlət quruluşunun mühafizəsinə, insan hüquq və azadlıqlarının cinayətkar qəsdlərindən qorunmasına yönəlmiş və cinayətkarlığa qarşı mübarizədə əsaslı dönüş yaratmışdır.
Həmin fərmana əsasən, Azərbaycan dövlətinin inkişafına mane olan amillərə qarşı mübarizə metodları və üsulları genişləndirilmiş, cinayətkarlığa şərait yaradan halların aradan qaldırılmasına yönəldilmiş əməli tədbirlər gücləndirilmiş, müvafiq təşkilati və praktiki tədbirlər planlaşdırılmış və uğurla həyata keçirilmişdi.
Bu tədbirlər nəticəsində hüquq-mühafizə orqanları sistemində və digər sahələrdə cinayətkarlarla əlbir olan, təxribatlar törədən, vəzifədən sui-istifadə edən, rüşvətxorluq və bir çox başqa qanunsuz əməllərlə məşğul olan, pozuntulara və əyintilərə yol verən şəxslər müəyyən olunub tutduğu vəzfələrdən kənarlaşdırılaraq məsuliyyətə cəlb olundular.
Azərbaycan Respublikasının Prezidentinin bu və digər fərman və sərəncamlarında qarşıya qoyulan vəzifələrin hüquq-mühafizə orqanları tərəfindən müvəffəqiyyətlə həyata keçirilməsi, görülmüş kompleks və çevik əməliyyat tədbirləri 194-cü ilin oktyabrı və 1995-ci ilin martında dövlət çevrilişi cəhdlərinin aradan qaldırılması, ölkə Prezidentinin fiziki məhvinə yönəldilmiş sui-qəsdlərin qarşısının alınmasını, onların təşkilatçılarının ifşa olunmasını təmin etmiş, respublikada siyasi qarşıdurma yaratmaq cəhdlərinə qətiyyətlə son qoyulmuşdu.
Məhz bu illərdə Azərbaycan xlqına, onun Ə.Xanbabayev, A.cəlilov, Ş.Rəhimov, Z.Bünyadov kimi görkəmli nümayəndələrinə qarşı törədilən cinayətlərin üstü açılmış, onların sifarişçiləri və icraçıları müəyyən edilmiş və cinayət məsuliyyətinə cəlb edilmişlər.
Narkotiklərin yayılması və narkomanlıqla mübarizə Azərbaycan Respublikası Prezidentinin bir neçə fərman və sərəncamı ilə ümumdövlət səviyyəsinə qaldırılmış, bu cinayətin qarşısının alınması üçün dövlət proqramları, Milli Məclis tərəfindən müvafiq qanun qəbul edilmiş, təşkilati və digər əsaslı təbirlər həyata keçirilmişdir.
90-cı illərdə mütəşəkkil dəstələrə qarşı aparılan qətiyyətli mübarizənin ən mühüm nəticələrindən biri də o oldu ki, əvvəlki illərin xofu insanların canından çıxmağa başladı, onlarda qanunun gücünə, hakimiyyətə, dövlətçiliyə inam yarandı. Əvvəllər qorxu və təzyiqlər altında susmağa məcbur olan yüzlərlə vətəndaş törədilmiş cinayətlər barədə dövlət orqanlarına məlumatlarla müraciət etməyə başladılar. Əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində keçmiş illərdə törədilən və açılmamış qalan sifarişli qətllər, dam oğurluqları, işgəncələr və şəxsiyyət əleyhinə olan digər cinayətlər, oğurluq, soyğunçuluq, quldurluq, hədə-qorxu ilə tələb etmə (reket) və mülkiyyət əleyhinə olan digər bu kimi cinayətlər açılmış, təqsirkar şəxlər ədalət mühakiməsinə verilmişlər.
Azərbaycan iqtisadiyyatının düşdüyü çətin vəziyyətdən çıxarılması, bu sahədə yeni iqtisadi münaibətlərin formalaşdırılması üçün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev yeritdiyi siyasət və onun nəticələri göz qabağındadır. Bu gün ölkə iqtisadiyyatı əvvəlki illərin böhranından qurtulmuş və tədricən, dönmədən inkişaf yolu ilə irəliləməkdədir. Bu yöndə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri - iqtisadiyyatın inkişafına mane olan, xalqın əmlakına göz dikən, korrupsiya və rüşvətxorluğa qurşanan ünsürlərə qarşı barışmaz, qətiyyətli və amansız mübarizə aparmaqdır.
Respublikada sabitliyin bərqərar olunması xalqın iqtidra və hüquq-mühafizə orqanlarına inamının artmasına, cəmiyyətdə mövcud olmuş qorxu və cinayətkarlar arasında hökm sürmüş cəzasızlıq əhval-ruhiyyəsinin aradan götürülməsinə səbəb olmuşdur. Ayrı-ayrı siyasətbazların milli taleyimizə pərdəarxası oyunlarına,siyasi anarxiya və ekspertlərinə son qoyulmuşdur.
Prezident Heydər Əliyevin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində ölkədə cinayətkarlıq cilovlanmış və kriminogen durum tam nəzarət altına alınmışdır.
Bunun nəticəsidir ki, MDB ölkələri arasında Azərbaycan kriminogen durumunun vəziyyətinə görə ən sabit olan ölkədir. 2000-ci ildə əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayına gö.rə Azərbaycanda Rusiyadan 11,4, Belarusdan 7,5, Ukraynadan 6,2, Qazaxıstandan 5,4,Moldovadan 5,1 dəfə az cinayət törədilmişdir.
Azərbaycan Respublikasındaictimai-siyasi sabitliyə nail olunması vətəndaşların hüquq və mənafelərinin müdafiəsinə, bazar münasibətlərinə əsaslanan iqtisadiyyatın və sahibkarlığın inkişafına, beynəlxalq iqtisadi və maliyyə sisteminə inteqrasiya istiqamət götürən, sosial ədalət prinsipinə əsaslanan demokratik, hüquqi dövlət quruculuğu yoluna qədəm qoymağa imkan yaratmışdır.