HEYDƏR ƏLİYEV
M Ə R K Ə Z İ
H. Əliyev Muzeyi
Heydər Əliyev mərkəzinin muzeyində ulu öndərin büstü qoyulmuşdur. Muzeydə görkəmli dövlət xadiminin həyatı və siyasi fəaliyyətinin müxtəlif dövrlərinə aid maraqlı sənədlər və fotolar toplanmışdır. Burada ulu öndər Heydər Əliyevin uşaqlıq, gənclik və tələbəlik illəri, eləcə də dövlət təhlükəsizlik orqanlarında çalışdığı dövrlərə aid maraqlı fotolar vardır. Bu fotolardan aydın görünür ki, bütün həyatını xalqının inkişafına həsr edən ümummilli lider istər sovet hakimiyyəti, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərliyi dövründə ölkəmizi tərəqqi yoluna çıxarmışdır.
Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi müxtəlif dövrlərdə Tərtərə səfərləri rayonun tərəqqisi ilə xarakterizə olunur. Bu səfərlər Tərtərin tarixinə yeni inkişaf mərhələsinin başlanğıcı kimi düşmüşdür.
Mərkəzdə dahi şəxsiyyətin ordu quruculuğuna göstərdiyi diqqət və qayğı, eləcə də Prezident İlham Əliyevin Tərtərə səfərini əks etdirən fotolar da vardır.