Elektron kitabxana

Elektron Kitabxana

Kitabxananın fəaliyyətinin əsas istiqamətləri - Kitablar və digər sənəd növləri üzrə fondlar formalaşdıraraq informasiya ehtiyatları yaratmaq, onları mühafizə etmək, həmin fondları özündə əks etdirən mükəmməl ənənəvi və elektron kataloq-kartoteka və biblioqrafik vəsaitlər sistemini tətbiq etmək, onu daim inkişaf etdirməklə bu fondları oxucuların hərtərəfli istifadəsinə verməkdən ibarətdir.

Kitabxananın fondunda iqtisadiyyata, siyasətə, dövlət quruculuğuna, hüquqa, fəlsəfəyə, statistikaya, tarixə, ədəbiyyatşünaslığa və dilçiliyə dair ədəbiyyat üstünlük təşkil edir. Kitabxananın dövri mətbuat fonduna ümumilikdə  - 970 adda kitab və kitabçalar, broşurlar, notlar daxildir. Kitabxanada fotosənədlər, xəritələr - 14 ədəd, elektron nəşrlər (CD,Adio, viziual nəşrlər) -  4ədəd, tarix, siyasət – 551ədəd,  iqtisadiyyat – 1 ədəd, hüquq – 3 ədəd, mədəniyyət elmləri, incəsənət – 113 ədəd, filologiya elmləri, bədii ədəbiyyat – 229 ədəd, din, fəlsəfə, psixologiya – 9 ədəd, universal ədəbiyyat – 67 ədəd, rus dilində – 223 ədəd, xarici dildə isə - 65 ədəd  təşkil edir.

Hazırda Kitabxanada fondun elektron nəşrlərlə komplektləşdirilməsi sahəsinə xüsusi diqqət yetirilir.

 Kitabxanada müasir informasiya texnologiyalarının tətbiqinə xüsusi önəm verilir. Kitabxanada lokal kompüter şəbəkəsi yaradılmış, İnternetə çıxış təmin edilmişdir. Bundan əlavə, hər bir İnternet istifadəçisi Kitabxananın Web səhifəsi vasitəsi ilə onun Elektron kataloqundan və digər elektron resurslarından istifadə edə bilər. Eyni zamanda Kitabxananın Web səhifəsi vasitəsi ilə Dünya kitabxanalarından, eləcədə Azərbaycan kitabxanalarına daxil olmaqla onlardan istifadə edə bilərlər.