HEYDƏR ƏLİYEV
M Ə R K Ə Z İ
Mərkəz haqqında
HEYDƏR ƏLİYEV MƏRKƏZİ
Heydər Əliyev mərkəzi Tərtər rayon Heydər Əliyev prospektində yerləşir. Heydər Əliyev Mərkəzinin təməli 2007-cı ildə qoyulmuş, 2008-ci ildə inşa edilmişdir. Heydər Əliyev Mərkəzində 2011-ci ildə əsaslı bərpa və yenidənqurma işləri aparılmışdır.
Mərkəz 1 zaldan, 2 guşədən və 5 əlavə otaqdan ibarətdir..
Mərkəzin sahəsi 1127 m2 ,həyətyanı sahəsi isə 1.36 ha-dır. İki mərtəbədən ibarət və müasir görünüşə malik Mərkəzin ikinci mərtəbəsində Ulu öndərin büstü qoyulmuşdur. Burada Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto və eksponatlardan bir daha aydın olur ki, ulu öndər ölkəmizin beynəlxalq nüfuzunun, müstəqilliyinin möhkəmləndirilməsi üçün əvəzsiz işlər görmüşdür.Yaradılmış xüsusi guşələrdə ulu öndərin uşaqlıq və gənclik illərindən, ailə həyatından, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi illərdən, Azərbaycana rəhbərliyinin hər iki dövründən bəhs edən fotoşəkillər və dahi şəxsiyyət haqqında yazılmış kitablar toplanmışdır. Burada ümummilli liderin Qarabağ bölgəsinə,o cümlədən 70-ci illərdə Tərtərə etdiyi səfərlər zamanı zəhmətkeşlərlə görüşünə aid fotolar ayrıca guşədə yer alır.
Mərkəzin məqsəd-vəzifələri və fəaliyyət formaları
Mərkəzin əsas məqsəd-vəzifələri xalqımızın Ümumilli lideri, Müstəqil Azərbaycan Respublikasının qurucusu Heydər Əlirza oğlu Əliyevin siyasi irsini, həyat və fəaliyyətini öyrənmək, araşdırmaq, gələcək nəsillərə aşılamaq, onun memarı olduğu dövlətçilik ənənələrini yaşatmaq, inkişaf etdirmək və cəmiyyətimizin bütün sahələrində tətbiq olunmasına dəstək verməkdir.
-Mərkəz qarşısına qoyduğu məqsəd-vəzifələri aşağıdakı fəaliyyət formalarında həyata keçirir:
- mütəmadi olaraq, tematik-təqvim proqramına və qrafikə uyğun Heydər Əliyevin bütün dövrlərdəki fəaliyyəti, şərəfli həyat, keçdiyi uğurlu yol haqqında orta, orta-ixtisas, ali məktəb şagird və tələbələrinin, elmi-tədqiqat, dövlət, bələdiyyə və özəl müəssisə işçilərinin, ictimai təşkilat və siyasi partiya təmsilçilərinin dinləyici olaraq iştirakı ilə mühazirələr təşkil etmək.
- Heydər Əliyevin siyasi irsini, fəaliyyətini, qurduğu dövlətçilik ənənələrini öyrənmək və gələcək nəsillərə aşılamaq məqsədilə araşdırma və tədqiqatlar aparmaq və bu istiqamətdə çalışanlara hərtərəfli-informasiya kommunikasiya texnologiyaları (İKT), kitabxana, ədəbiyyat, muzey, eksponat və digər resurslarla dəstək vermək:
- Heydər Əliyevin fəaliyyətinə, irsinə həsr olunan və eləcə də dövlət quruculuğuna, müasir inkişaf istiqamətlərimizə, ölkədə, regionda və beynəlxalq aləmdə aktual olan müxtəlif mövzularda dəyirmi masalar, diskussiyalar, elmi-praktik, elmi-nəzəri konfrans, seminar, təlim və digər tədbirlər keçirmək:
- Heydər Əliyevin irsinə, həyat və fəaliyyətinə aid sənədli kinofilmlər nümayiş etdirmək, sərgilər, müsabiqələr və yarışmalar təşkil etmək:
- Heydər Əliyevin irsini, həyat və fəaliyyətini əks etdirən müxtəlif nəşr materialları çap etdirmək və yaymaq:
- web-sayt (internet səhifəsi) yaradıb, Mərkəzin fəaliyyətini, Heydər Əliyevin siyasi irsini, fəaliyyətini beynəlxalq aləmə geniş şəkildə təqdim etmək və yaymaq:
- müxtəlif kateqoriyalardan olan insanların Heydər Əliyevin zəngin irsini, həyatını, bütün dövrlərdəki fəaliyyətini nümayiş etdirən mərkəzə gəlişlərini təşkil etmək və eksponatlarla tanış etmək: